Bütün hüquqlar qorunur. TK-18 Corporation CopyRight 2012
   
  tk-18
  Version 1.0
 

                                         Ön söz

Qeyri-adi zəka sahibləri ,bilik sahibləri bilik və bacarıqlarını elmin inkşafına sərf edəndə cəmiyyətə daha cox fayda verir,onların əməyinin nəticəsindən daha çox insan bəhrələnir.Akademik

Ümnisə Musabəyova belə insanların biri idi.Həyatı sovet dövrünə

  Təsadüf edən Ü.Musəbəyova təkcə Azərbaycanda,keçmiş sovet ittifaqında yox,dünyada sevilib - seçilən nadir  oftolmoloqlardan biri kimi tanınırdı.Hətta onu dövlət başçıları səviyyəsində müxtəlif ölkələrə dəvət edir,böyük hörmət və ehtiram göstərirdilər .Təkcə   bu faktın özü onun çox böyük nüfuza malik olduğunu şərtləndirən amillərdən biridir.Odur ki,onun gözlərinə şəfa verdiyi insanlar arasında adi vətandaşdan tutmuş yüksək rütbəli məmurlar,dövlət başcısı da olub.Beynəlxalq səviyyəli simpoziumlarda , elmi konfranslarda etdiyi çıxışlar həmişə böyük maraqla qarşılanıb. 

  Sağlığında “Ümnisə xanım” adlı sənədli film çəkilmiş,elmi məsələləri dünyanın bir çox nüfuzlu  jurnallarında nəşr olunmuşdur .

  Ümnisə xanım neçə insanın gözünə nur vermiş,neçə təşəkkür məktubu almış,haqıında neçə xatirə yazılmış bunu rəqəmlə ifadə etmək qeyri-mümkündür.Lakin Ümnisə xanımın vəfatından 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də ehtiramla yad edilir, hörmətlə , böyük  məhəbbətlə xatırlanır .Vaxtı ilə onunla bir yerdə çalışan iş yoldaşları,dərs verdiyi tələbələr,müalicə etdiyi insanlar onun haqqında kimi məqalə,kimi xatirə,kimi şeir,hətta elegiya və poema yaradanlar da olmuşdur.Jurnalist Şəlalə Məhyəddinqızı həmin yazıların və xatirələrin bir çoxunu arayıb,axtarıb tapıb bu kitabı araya-ərsəyə gətirmişdir .

  Bu kitaba çəkilən zəhməti görmək onun mündəricatına nəzər salmaq kifayətdir.

  Ü.Musabəyova Azərbaycan təbabətinə nə kimi yeniliklər gətirib,dünya tibb elminə hansı töhfələri verib,xəstələri necə müalicə edirdi necə dərs deyirdi,tələbələrinə hansı tövsiyələri edirdi , anadangəlmə kor olan insanın gözünü acanda  nə kimi hisslər keçirirdi? Bu və digər suallara kitabda ətraflı cavab verilir.Kitabın üstün cəhətlərindən biri də ondakı insan mənəviyyatını zəngilləşdirən faktların çoğluğudur.Bu da Ümnisə Musabəyovanın özünün daxili aləminin zənginliyindən,yüksək əxlaqi xarakterindən irəli gəlir.Başqa sözlə desək Ümnisə xanım təkcə qeyri-adi istedadlı deyil yeksək insani,əxlaqi dəyərləri ilə də xatirələrdə silinməz izlər qoyub.Onu ədəbiyaşar edən başlıca amillərdən biri də budur.Bu isə o deməkdir ki,kitabda görüb-götürüləsi,öyrəniləsi çox şey var.

  Bütün hallarda kitaba qiyməti oxuyucu verir.       Məhz buna görə bu kitab mənalı,düşündürücü,insanları xeyirxah əməllərə çağıran,  onun daxili aləmini,mənəviyyatını zəngilləşdirən kitabdır. Bütün  dövrlərdə belə kitablara həmişə ehtiyac olub,bundan sonra da olaqacaqdır.Oxucular tərəfindən bu kitabın da böyük maraqla qarşılancağı şübhəsizdir.

  Müəllif üçün isə bundan böyük sevinc payı ola bilməz.                                

 

             

           

   

 
  Bugün 7 ziyaretçi (12 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol